\
4 Oktyabr 2024 - Cümə

Kiyevdə partlayış olub

Kiyevdə partlayış olub
1812baxış

Ukrayna paytaxtı Kiyevdə “Minskaya” metro stansiyasının yaxınlığında partlayış baş verib.

Mediapress.az” TASS-a istinadən xəbər verir ki, partlayışın videosu “Kiev Operativnıy” cəmiyyətinin “Facebook”dakı səhifəsində yayımlanıb.

Kiyev polis idarəsindən bildirilib ki, metro stansiyası yaxınlığında partlayıcı maddə olması şübhəsi ilə bağlı daxil olan məlumat əsasında göstərilən yerdə yoxlama aparan bomba zərərsizləşdirənlər “Minski” bazarında iki əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirib.

“Qalıqlar ekspertiza üçün götürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları ərazidə işləməyə və ətraf əraziyə baxış keçirməyə davam edir”, - məlumatda bildirilir.