\
4 Oktyabr 2024 - Cümə

Küveytdə koronavirusa yoluxanların sayı 60 mini ötdü

Küveytdə koronavirusa yoluxanların sayı 60 mini ötdü
1744baxış

Küveytdə son sutkada 671 nəfər koronavirusa yoluxub.

Mediapress.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Küveytin Səhiyyə Nazirliyi yayıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 60 434 nəfər olub. 412 nəfər virusdan ölüb. Sağalanların sayı isə 50 919 nəfərdir.

Küveytdə karantin rejimindən adi həyata qayıtmaq prosesi hər biri üç həftə sürməklə 5 mərhələdən ibarət olacaq. Məhdudiyyətlərin aradan qaldırılması prosesi mayın 31-də başlayıb.

Qeyd edək ki, Küveytin əhalisi 4 588 148 nəfərdir.