\
4 Oktyabr 2024 - Cümə

Mehriban Əliyeva jurnalistləri təbrik etdi

Mehriban Əliyeva jurnalistləri təbrik etdi
1908baxış
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib. 
 
Mediapress.az xəbər verir ki, paylaşımda deyilir: 
 
"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!
 
Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"