\
4 Oktyabr 2024 - Cümə

Səfirlik Gürcüstana buraxılmayan azərbaycanlı əsilli vətəndaşlarla bağlı məlumat yayıb

Səfirlik Gürcüstana buraxılmayan azərbaycanlı əsilli vətəndaşlarla bağlı məlumat yayıb
1839baxış

Gürcüstanın Azərbaycandakı səfirliyi vətənə qayıtmaq istəyən ölkə vətəndaşlarına müraciət edib.

Mediapress.az” xəbər verir ki, diplomatik nümayəndəlik Gürcüstan vətəndaşlarını ölkəyə qayıtmazdan öncə qeydiyyatdan keçməyə çağırıb.

Bildirilib ki, vətəndaşlar səfirliyin (050) 250 07 10 nömrəli “Qaynar xətti”nə zəng vuraraq və ya səfirliyə gələrək qeydiyyatdan keçə bilərlər: “Qeydiyyatdan keçməyən heç bir vətəndaş öz istəyi ilə sərhəd-keçid məntəqəsinə üz tutmamalıdır, əks halda onlar sərhəddən buraxılmayacaqlar”.

Məlumatda vurğulanıb, Gürcüstana gedəcək hər bir vətəndaş 14 günlük məcburi karantinə alınacaq.

Qeyd edək ki, Azərbaycanda qalan 140 Gürcüstan vətəndaşı “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıb və ölkəyə buxarılmalarını gözləyirlər.