\
4 Oktyabr 2024 - Cümə

Koronavirusa yoluxan daha bir həkim öldü - FOTO

Koronavirusa yoluxan daha bir həkim öldü - FOTO
1857baxış
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu.
 
Mediapress.az Medicina.az-a istinadən xəbər verir ki, həmkarlarının bütün səylərinə baxmayaraq Suraxanı rayonunda yerləşən 23 saylı polikinikanın terapevti Mətanət Atayevanın həyatını xilas etmək mümkün olmayıb.
 
Vəziyyəti ağır olan həkim keçən ayın sonu Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi.
 
Xatırladaq ki, Azərbaycanda koronavirusa yoluxan 20-dən artıq həkim dünyasını dəyişib.