\
4 Oktyabr 2024 - Cümə

Şəhid övladına Səyyar ASAN xidmət göstərilib

Şəhid övladına Səyyar ASAN xidmət göstərilib
1952baxış
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hərbi toqquşmada qəhrəmancasına şəhid olmuş Elşad Məmmədovun övladı Məhəmməd Məmmədova Səyyar ASAN xidmət göstərilib. 
 
Mediapress.az-ın mə\lumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin müraciəti əsasında şəhidimizin övladına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
 
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
 
Bir daha ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmətlə anırıq.