\
4 Oktyabr 2024 - Cümə

"Qadın fəallarından birinə hücum edən erməni daşnak saxlanılıb" - Los Ancelesdəki Baş konsul Nəsimi Ağayev - Eksklüziv

"Qadın fəallarından birinə hücum edən erməni daşnak saxlanılıb" - Los Ancelesdəki Baş konsul Nəsimi Ağayev - Eksklüziv
1063baxış
ABŞ-ın Los Anceles şəhərində azərbaycanlılara qarşı vəhşilik törədən ermənilər arasında saxlanılanlar var.
 
Bu barədə Mediapress.az-a məlumatı Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev verib.
 
"21 iyulda aksiyasında iştirak edən icmamızın qadın fəallarından birinə hücum edən və ona xəsarət yetirən erməni daşnak saxlanılıb. Bu gün Los Anceles polisinin rəhbərliyi ilə əlaqə saxlayıb,həmin cinayətkar barəsində görülən tədbirlərlə maraqlanmışam. Mənə bildirdilər ki, tezliklə bu cinayətlə bağlı istintaq yekunlaşaraq sənədlər prokurora təqdim olunacaq".
N.Ağayevin sözlərinə görə, Azərbaycan qadınına əl qaldırmış həmin caniyə qanunvericiliklə müəyyən olunmuş ən ağır cəza verilməsi tələb olunacaq.
 
"Ermənilər həmin xanımın telefonunu da oğurlayıblar. Bu gün o xanıma Baş Konsulluq yeni telefon alaraq hədiyyə etmişdir".
 
Könül Aypara