\
4 Oktyabr 2024 - Cümə

Turanə Qasımova yeni vəzifəyə təyin edilib - "ABAD"da kadr dəyişikliyi

Turanə Qasımova yeni vəzifəyə təyin edilib - "ABAD"da kadr dəyişikliyi
1340baxış

"ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova yeni vəzifəyə təyin edilib.
Faktı təsdiq edən Turanə Qasımova Mediapress.az-a bildirib ki, artıq fəaliyyətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olaraq davam etdirəcək.
Qeyd edək ki, T.Qasımova 2014-cü ildən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin informasiya təminatı şöbəsinin baş məsləhətçisi kimi çalışıb. 2018-ci ildən isə "ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.