\
4 Oktyabr 2024 - Cümə

TƏBİB sağlam insanlara koronavirus diaqnozu qoydu - ÜZR İSTƏDİ

TƏBİB sağlam insanlara koronavirus diaqnozu qoydu - ÜZR İSTƏDİ
1775baxış

25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta ilə əlaqədar yanlışlıq olub.

Mediapress. az bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik qeyd edilən tarixlərdə its.gov.az portalından SMS-lə mesaj alan şəxslərdən rica edir ki, testin nəticəsini nəzərə almasınlar.

27 iyul tarixindən başlayaq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək: "Sistemdə baş verən texniki xətaya görə üzr istəyirik".

Qeyd edək ki, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramovdur.