\
4 Oktyabr 2024 - Cümə

Təhsil nazirinə yeni müşavir təyin olundu

Təhsil nazirinə yeni müşavir təyin olundu
1113baxış

Təhsil naziri Emin Əmrulayevə yeni müşavir təyin olunub.

Mediapress.az-ın məlumatına görə, nazirin yeni müşaviri Elnur Nəsibovdur.

Elnur Nəsibov Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, iyulun 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.