\
4 Oktyabr 2024 - Cümə

Naxçıvanın istehlak bazarı cüzi azalıb

Naxçıvanın istehlak bazarı cüzi azalıb
1005baxış

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-nın istehlak bazarında əhaliyə 806,6 milyon manat dəyərində mal satılıb və xidmət göstərilib.

Mediapress.az” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin müvafiq dövründəki göstəricidən 4,5 milyon manat və yaxud 0,55% azdır.

Satılmış istehlak mallarının 97%-i pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.