\
4 Oktyabr 2024 - Cümə

Tramp brifinq salonundan çıxarıldı - Ağ Evdə silah səsləri

Tramp brifinq salonundan çıxarıldı - Ağ Evdə silah səsləri
1216baxış

ABŞ Prezidenti Donald Tramp mətbuat konfransı keçirilən salondan təhlükəsizlik xidməti tərəfindən çıxarılıb.

Salondakı müxbirlərin həyətə buraxılmasına icazə verilməyib.

Bir müddət sonra salona qayıdan Tramp jurnalistlərə açıqlamasında Ağ Evin kənarında silah səslərinin eşidildiyini bildirib:

"Vəziyyət nəzarət altında görünür. Siz təəccübləndiniz, mən də təəccübləndim. Düşünürəm ki, bu, olduqca qeyri-adi bir şeydir. Bunun mənimlə heç bir əlaqəsi olmaya bilər”.

Təhlükəsizlik xidməti tərəfindən bir şübhəlinin vurulduğunu bildirən Tramp həmin şəxsin xəstəxanaya aparıldığını deyib. (teleqraf)