\
4 Oktyabr 2024 - Cümə

“Ermənistanın ağlını başına yığmasının vaxtı çatıb” - Türkiyədən xəbərdarlıq

“Ermənistanın ağlını başına yığmasının vaxtı çatıb” - Türkiyədən xəbərdarlıq
1268baxış
Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasına əsas maneədir.
 
Mediapress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
 
"Uzun illərdir ki, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirən Ermənistan bölgədə sülhün və sabitliyin bərqərar olmasına əsas əngəldir. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkərək ağlını başına yığmasının vaxtı çatıb", - deyə Türkiyə XİN bəyan edib