\
4 Oktyabr 2024 - Cümə

Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub

Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
1368baxış

Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mediapress.az-a  verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.