\
4 Oktyabr 2024 - Cümə

İlham Əliyevdən sərəncam

İlham Əliyevdən sərəncam
1665baxış
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
 
Mediapress.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
 
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının Baş Naziri
 
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
 
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
 
Azərbaycan Respublikasının Maliyyə naziri