\
4 Oktyabr 2024 - Cümə

Ramiz Mehdiyev sabiq naziri işdən çıxardı - AMEA-da yeni təyinat

Ramiz Mehdiyev sabiq naziri işdən çıxardı - AMEA-da yeni təyinat
1324baxış
AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub.
 
YTP-dən verilən məlumata görə, V. Abbasov parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
 
Qeyd edək ki, V. Abbasovdan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov idi.
Ramiz Mehdiyev sabiq naziri işdən çıxardı  - AMEA-da yeni təyinat
 
Ramiz Mehdiyev sabiq naziri işdən çıxardı  - AMEA-da yeni təyinat