\
4 Oktyabr 2024 - Cümə

Neçə faiz əhali COVİD-19-a qarşı hazırlanacaq vaksini könüllü vurduracaq? - SORĞU

Neçə faiz əhali COVİD-19-a qarşı hazırlanacaq vaksini könüllü vurduracaq? - SORĞU
1520baxış

Avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı vaksin qeydiyyatdan keçib. “Sputnik-V” adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb. 
Prezident İlham Əliyev də bu gün Vladimir Putinlə telefon danışığı zamanı onu Rusiyada COVİD-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik edib.

Bəs görəsən, Azərbaycanda neçə faiz əhali sözügedən vaksinin könüllü olaraq vurulmasına razıdır? 

Royal Qurbanov:

"Əlbəttə ki yox. Nə virus? Boş söhbətlərdir. Virus həmişə olub, olacaq da. Dünyada çarəsi tapılmayan xərçənglə bu qədər mübarizə aparan yoxdur.  Bu faktdır ki, bir az qızdırması olana korona deyirlər. Ölənlər də həmişə olub. Bu koronadan sonra söhbət gəlib peyvəndə çıxacaq. Məqsəd də ki bəllidir. İnsan sayını azaltmaq, insanları qoyunlaşdırmaq. Ən əsası, milyonlar qazanmaq.

Vüsal Rzazadə:

"Sınağına start verilməyib e, 15 gün əvvəl 5 min nəfərin üzərində sınaq uğurla bitib. Bir halda ki, 5G- yə mütləq keçilməlidir. Və bu mayesiz keçmək mümkün deyil, razılaşmaq lazımdır. Bu sorğulara insanlar neqativ cavab verdikcə bu vəziyyət çox uzanacaq, çox da can gedəcək qorxutmaq üçün".

Ümid Neccari (şair-publisist):

"Bu xəstəliyin və ümumiyyətlə pandemiya və ümümdünya xəstəliklərin tez bitməsi üçün mütləq vaksinasiya olmalıdır. Həkimlər təsdiqləyirsə, mən qəbul edərəm".

Bəsti İsrafilova:

"Yox. Uşağımın peyvəndindən belə imtina eləmişəm 1 yaş yarımdan sonra".

Rüfət Tanrıverdiyev:

"Putin "UAZ" zavodunda maşına minmək istəyib, maşının qapısının qulpu əlində qalıb. "VAZ" zavoduna gedib, maşın işə düşməyib.Oksigen balonları xəstəxanalarda partlayır, test aparatları düzgün göstərilmir. Rusiya istehsalı olan saydıqlarım bu gündədirsə, görün indi vaksini nə gündədir..."

Anar İbrahimli ("AN.T Azərbaycan"nın teleaparıcısı):

"Ölkəyə gətirilən vaksinlərin keyfiyyəti, təsiri yaxşı olarsa. Gərək tam araxayın olum ki, saxtalaşdırılmış vaksinlər deyil. O halda razı olaram."

Günay İman:

"O peyvendin nə qədər fəsadının olduğunu təsdiqlədilər. Necə vura bilərlər ki?"

Aytac Carçıyeva ("Rossiya" telekanalının Türkiyə üzrə müxbiri):

"Heç bir peyvəndi virdurmaq istəmirəm"

Esmira Çərkəzqızı (Jurnalist):

"Rusiyanın sağlık sistemi çöküb".

Tünzalə Xəlilova (Jurnalist):

"İllər öncə qrip yayıldı. Unutmuşam hansı qrip idi. Camaatın bir qismi peyvənd etdirdi. Və o etdirənlər xəstələndilər”.

Dursun Babayeva:

"Bəli".

Sevil Gültən (tərçüməçi):

"Şəxsən mən razı olmaram. Çünki uşaqlarımda peyvəndin nəticələrini görmüşəm. Böyük qızıma bütün peyvəndlər edilib, kiçik qızıma isə peyvənd vurulmayıb. Böyük qızım qızılcanı, suçiçəyini çox ağır keçirdi, bir dəqiqə yanından aralana bilmirdim. Kiçik qızım isə qızılcanı, suçiçəyini ayaqüstə keçirdi. Heç vecinə də olmadı."

Aysel İsgəndərova ("Voise.press" jurnalist):

"Qəti razı olmaram".

Zaur Əliyev (alim):

"Bilirsiz bu vaksinə hələ etibar yoxdur. Bilmək olmaz onun sonrakı fəsadları nə ola bilər. Çünki virus ağciyəri zədələyir və ağciyər yeganə orqandır ki, sonradan bərpası çətinliklə baş verir. Eyni zamanda bu vaksinin insanlara vurulmasından sonra müsbət nəticələri barədə heç bir informasiya yoxdur. Təsiri necə olub? Ağciyərlə yanaşı, digər orqanlara təsiri nə qədərdir? Şəkər, hepatit və digər xəstəlikləri olan insanlara hansı təsiri ola bilər? Bu suallara cavab olmadıqca vaksini əsla vurdurmaram".

Səfər Əlizadə (Apa):

"Virusa qarşı peyvənd niyə olsun ki? Bəlkə çoxlarınızın yadına düşməz. 2000-2013-cü illər arasında məktəbdən məzun olanların (yanılmıramsa) 6-cı sinif "Biologiya" dərsliyində (sarı üzlü kitab) yazılmışdı ki, canlılar 5 yerə bölünür: insanlar, heyvanlar, bitkilər, bakteriyalar və viruslar (bəzi yerlərdə bakteriya və virusları birləşdirib 4 yazılırdı). Viruslarla bağlı çox qısa məlumatda deyilirdi ki: Viruslar insanlar tərəfindən yaradılır və yayılır.

Təbiətdə isə digər 4-ü yaranır və yayılır. Təbii şəkildə yaranıb yayıla bilən virus yoxdursa bunun peyvəndi niyə olsun ki? Yəni sabah COVID olmasın, başqa növ virus yaradılıb yayılsa ona qarşı peyvənd də olunmalıyıq? Belə olan halda insan orqanizmi qarışar, virus və bakteriyalara qarşı daha zəif olar. Peyvənd boş şeydir. Yalnızca immuniteti qoruyaraq bütün xəstəliklərə qalib gəlmək mümkündür. Bunun üçün ölkə camaatının qidasına xüsusi nəzarət edilməli, GMO qidalar ölkədən xaric edilməlidir.

Rafiq Həşimov:

"Əgər onun, mənim ölkəmə, vətənimə, millətimə, dövlətimə xeyri olacaqsa, əlbəttə. Könüllü olaraq hazıram. Çox səmimi deyirəm. Sonunda ölüm olsa belə, millətim var olsun".

Günel Hasanova (Life.az Jurnalist):

"Qoy vursular vaksini. Təki normal həyata qayidaq, xaricə gedib gələ bilək"

İlqar Əlfioğlu:

"Rus dilində bütün "q"lar, bizim dildə "h" olmur".
 
Sergey Danilov:
 
"Mən də razi olacam. 2 il rahat yaşayim, dərman tapılmayana kimi".

Bəşarət Məmmədov (Təhsil İdarəsində Mətbuat Katibi):

"Müdir işçisinə deyir:

- Hələ çalışmaqdan heç kim ölməyib...

- Mən birinci olmaq istəmirəm".

Könül Bilalova:

"Və hazırda dunya söyur. Rusiyanı da, o vaksini də tanımır. Rusiya səhiyyə nazirliyi etika komissiyasinin sədri buna gorə istefa verib. Bizim media və biz bu vaksini ictimaiyyətə tanitmasaq, daha yaxsı və hətta təhlükəsiz olar. Cox böyük məsuliyyətdir."

Delya Hacıyeva:

"Hər hansı bir dərmanın bir dövlət ərazisində dövriyyəyə buraxilması üçün ən azı 5 il tecrübe aparılmalıdı insanlar üzərində yəni. Bunu bilməyən həkim yoxdur. Nə tez kəşf edildi və nəticəsi oldu ki, bu, vaksindir... Özləri çalıb, özləri oynayırlar".

Mediapress.az