\
4 Oktyabr 2024 - Cümə

Bakıda doğum evində ölüm

Bakıda doğum evində ölüm
1229baxış

Bakıda doğum evində ölüm hadisəsi qeydə alınıb.

Mediapress.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində baş verib.

Orada 1997-ci il təvəllüdlü Esmira Hüseynova doğuş edib. Yeni doğulan körpə vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Report/