\
4 Oktyabr 2024 - Cümə

"Neftçi", "Sumqayıt" və "Keşlə"nin matçına təyinatlar açıqlandı

"Neftçi", "Sumqayıt" və "Keşlə"nin matçına təyinatlar açıqlandı
1194baxış

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Neftçi", "Sumqayıt" və "Keşlə"nin matçlarına hakim təyinatları bəlli olub. 

"Report"un məlumatına görə, "Nefçi" - "Şkupi" (Şimali Makedoniya) matçını Latviyadan olan Aleksandr Qolubev idarə edəcək. 

"Sumqayıt" - “Şkendiya” (Şimali Makedoniya) görüşü isə qazaxıstanlı Arman İsmuratova tapşırılıb. "Keşlə" - "Laçi" qarşılaşmasında isə baş hakim gürcüstanlı Georgi Kikaçeişvili olacaq. 

Qeyd edək ki, hər üç matç avqustun 27-də gerçəkləşəcək.