\
4 Oktyabr 2024 - Cümə

"Barselona"nın futbolçusu içkili vəziyyətdə qəzaya düşdü

"Barselona"nın futbolçusu içkili vəziyyətdə qəzaya düşdü
1225baxış

İspaniyanın "Barselona" klubunun futbolçusu Artur Melo qəzaya düşüb. 

"Mediapress.az" "Girona Diari" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin avtomobili yolun kənarına çırpılıb. Braziliyanın oyunçunun özü xəsarət almayıb. 

Hadisə səhər 4-də baş verib. Analiz onun normadan artıq içki qəbul etdiyini göstərib

Qeyd edək ki, Artur Melo artıq İtaliyanın "Yuventus" klubuna keçib və "Barselona" üçün UEFA Çempionlar Liqasında oynamaqdan imtina edib. Kataloniya təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.