\
4 Oktyabr 2024 - Cümə

Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzadıb

Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzadıb
1244baxış

Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə tətbiq olunan məhdudiyyətlərin müddəti sentyabrın 30-dək uzadılıb.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Qeyd olunub ki, məhdudiyyətlər Münhen, Paris və Riqa istiqamətlərinə uçuşlara şamil olunmayacaq.

Qonşu ölkə digər istiqamətlər üzrə müntəzəm hava əlaqəsinin mərhələli şəkildə bərpasına dair qərarları epidemioloji vəziyyətdən asılı olaraq qəbul edəcək.