\
4 Oktyabr 2024 - Cümə

“Azərbaycan əsgəri, səninləyik” aksiyası təşkil olunub - FOTO/VİDEO

“Azərbaycan əsgəri, səninləyik” aksiyası təşkil olunub - FOTO/VİDEO
1280baxış

“ASAN xidmət”in təşəbbüsü ilə 18 avqust - sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub. 

Mediapress.az xəbər verir ki, sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara sovqatlar təqdim edilib. 

Həmçinin, hərbi qulluqçulara “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Eyni zamanda, orada xüsusi “Əsgərə məktub” guşəsi yaradılıb və əsgərlər tərəfindən Silahlı Qüvvələrin digər bölmələrinə məktublar ünvanlanıb. 

Tədbirin məqsədi Azərbaycan əsgərinə, o cümlədən, sərhəd qoruyucularına daimi dəstəyi nümayiş etdirmək olub.

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırkı vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanırlar.