\
4 Oktyabr 2024 - Cümə

Heyvansevərlər Ədalət Əliyevin xanımına qarşı kampaniyaya başlayıblar - Kütləvi tənqidlər...

Heyvansevərlər Ədalət Əliyevin xanımına qarşı kampaniyaya başlayıblar - Kütləvi tənqidlər...
1331baxış
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Doggie Countre by Nelya" adlı it mərkəzində Aydan adlı xanımın "Gucci" ləqəbli itinin ölməsi ilə nəticələnən xoşagəlməz hadisə baş verib. Hadisənin ardınca itin sahibəsi sosial şəbəkələrdə canlı yayım açaraq hadisə ilə bağlı paylaşımlar edib.
 
Mediapress.az xəbər verir ki, artıq "Doggie Countre by Nelya" mərkəzinə qarşı kütləvi tənqid kampaniyaları başladılıb.
 
Heyvansevər şəxslər bir neçə gündür ki, sosial şəbəkələrdə #doggiecouturebynelya #stopdoggiecouturebynelya həştəqləri ilə paylaşımlar edərək, günahkarın cəzalandırılmasını tələb edirlər.
 
 
Qeyd edək ki, Aydan xanım itini xüsusi baxım üçün "Doggie Countre by Nelya" mərkəzinə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım "Doggie Countre by Nelya" mərkəzinə gələndə isə itinin öldüyünü görüb.
 
Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.
 
İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək.
 
Hadisə ilə bağlı mərkəzin sahibəsi Nailə Əliyeva da video vasitəsi ilə baş verən hadisə barədə fikirlərini söyləyib, həmçinin baş verən hadisədən üzüldüyünü bildirib.
 
Qeyd edək ki, N.Əliyeva “Lider” TV-nin rəhbəri Ədalət Əliyevin həyat yoldaşıdır.