\
4 Oktyabr 2024 - Cümə

Əli Həsənov ölkədən getdi - Təcili

Əli Həsənov ölkədən getdi - Təcili
1397baxış
“Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov dünən axşam təcili olaraq Türkiyəyə aparılıb.

"BakuPost" xəbər verir ki, bu barədə məlumatı Ə.Həsənovun qohumları sosial şəbəkələrdə paylaşıb.

Onun yaxın qohumu Elton İbrahimovun verdiyi xəbərə görə, “Son bir neçə həftə ərzində Əli müəllimin ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb. O ev şəraitində müalicə alsa da, dünən gecə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, Ə.Həsənov bir neçə ildir ağır ürək xəstəliyindən əziyyət çəkir. O, indiyədək 2 dəfə açıq ürək əməliyyatı keçirib.

Xatırladaq ki, Ə.Həsənov 2019-cu ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb. Ondan sonra ona qarşı müxtəlif ittihamlar irəli sürülüb. Hətta onun həbs ediləcəyi barədə məlumatlar da yayılıb.