\
4 Oktyabr 2024 - Cümə

Hadi Rəcəblinin nəvəsinə toy etməsi ilə bağlı ailədən açıqlama

Hadi Rəcəblinin nəvəsinə toy etməsi ilə bağlı ailədən açıqlama
1243baxış
Bəzi KİV-lərdə sabiq deputat Hadı Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.
 
Mediapress.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Hadı Rəcəblinin ailəsi ilə əlaqə saxlayıb. Ailədən verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:
 
"Dünən "ASAN Xidmət”də Hadı Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havada 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.
 
Yaxınlarının verdiyi məlumata görə, mərasim "Sea Breeze” restoranında təşkil edilib:
 
"Nikah mərasimində tanınmış müğənni Emin Ağalarov  da iştirak edib. Amma nə Hadı Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak edib”.
 
Hadı Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.
 
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.