\
4 Oktyabr 2024 - Cümə

Sərnişinlər iki metrostansiyasındakı ödəmə terminallarından istifadə edə biləcəklər

Sərnişinlər iki metrostansiyasındakı ödəmə terminallarından istifadə edə biləcəklər
1959baxış

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq 21.08.2020 tarixindən metronun “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən KİV-ə verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.