\
4 Oktyabr 2024 - Cümə

Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələnib - FOTO

Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələnib - FOTO
1368baxış

Mediapress.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələniblər.

Belə ki, BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimələniblər. 

Qeyd edək ki, hər üçü avqustun 18-də AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak ediblər. R.Mehdiyevin kürəkəni keçmiş deputat İlham Əliyev Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy edib.

İ. Əliyev və qudası Rövşən Mustafayev dünən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.