\
4 Oktyabr 2024 - Cümə

Daha bir əməliyyat: Elmar Vəliyevin yaxın adamları saxlanıldı

Daha bir əməliyyat: Elmar Vəliyevin yaxın adamları saxlanıldı
1955baxış
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib.
 
Unikal.org-un əldə etdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər - Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.
 
Qeyd edək ki, hər iki şəxs E. Vəliyevin yaxın adamları hesab olunur.
 
Əlavə məlumat veriləcək.