\
4 Oktyabr 2024 - Cümə

Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi və bir neçə əməkdaşı işdən çıxarıldı

Binəqədi RPİ-nin 43-cü PB-nin rəisi və bir neçə əməkdaşı işdən çıxarıldı
3851baxış
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.
 
Məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.
 
Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən təsdiqləyiblər./Unikal.org