\
4 Oktyabr 2024 - Cümə

“Media fürsətçi olmamalıdır..” - Şəfayət Avılbəyli

“Media fürsətçi olmamalıdır..” - Şəfayət Avılbəyli
1452baxış

Son günlər ölkə  “media”sında sabiq AMEA-nın prezidenti  Ramiz Mehdiyev olayı olar-olmaz məcaraya yuvarlıanır .Bəzi dırnaqarası media təmsilçiləri keçmişdə olduğu kimi bu gündə aidiyyatı belə olmayan insanları Mehdiyevin adı ilə bağlamağa çalışırlar. Bu barədə Mediapress.az-a açıqlama verən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli medianın bu cür fəaliyyətini,qarayaxma, eyni zamanda fürsətçilik hesab edir.

“Təbii ki, Ramiz Mehdiyev dövlətimizin üst qurumunda təmsil olunan bir şəxs olub. Eyni zamanda arzuolunmayan şəxs.. Mənim qəzetçilik dövrümdə “Yeni Müsavat”,”Azadlıq”  qəzetləri demək olar ki, Ramiz Mehdiyevdən hər gün yazırdı.”Boz Kardinal belə elədi, elə elədi”. Hətta, “Azadlıq” qəzeti dəfələrlə məhkəməyə verilib. Əməkdaşları həbs edilib. Bunların başında kim dayanırdı? Təbii ki,...

Lakin, indi onun fəaliyyəti dövründə ya istəyərəkdən, yaxud da istəmədən kimlərinsə onunla əlaqədə olması müzakirə mövzusu belə ola bilməz.Əgər müzakirə mövzusu olarsa, onda indiki vəzifəlilərin hamsı vəzifələırindən azad olunmalıdır. Dırnaqarası medianın məsələyə digər aspektdən yanaşması və haçansa toruna sala bilmədiyi adamları bu cür yollarla şantaj etməsi qeyri-etikdir”, - deyə bildirib. 

Şəfayət Avılbəylinin sözlərinə görə, zaman-zaman ölkədə baş verən bu kimi hadisələrdən bəzi “media” qurumları olayı öz iş prinsiplərinə uyğun şəkilə salmağa çalışırlar:

"Bu tendensiya mənə tanışdır. Əvvəllərdə eyni ssenari idi, indi də...Dırnaqarası media olar-olmaz rola girir. Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yatırımlar qoyan iş adamlarını siyasi müstəviyə çıxarmağa can atırlar. Nə lüzüm var? Ramiz Mehdiyevin toy məsələsinin bu adamlara nə dəxli?"