\
4 Oktyabr 2024 - Cümə

Mehriban Əliyeva təşəkkür etdi

Mehriban Əliyeva təşəkkür etdi
1446baxış

Mediapress.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva doğum günü ilə bağlı ünvanlanan təbriklərə rəsmi "İnstagram" səhifəsində təşəkkür edib.

"Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!"