\
4 Oktyabr 2024 - Cümə

Kliniki Tibbi Mərkəzin keçmiş rəhbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Kliniki Tibbi Mərkəzin keçmiş rəhbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
1424baxış

Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin keçmiş rəhbəri Ədalət Dadaşovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparırılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan KİV-ə bildirilib ki, qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb.

O cümlədən bu məsələ ilə bağlı hər hansı bir istintaq aparılmır.