\
4 Oktyabr 2024 - Cümə

Moskvada koronavirusdan daha 12 xəstə ölüb

Moskvada koronavirusdan daha 12 xəstə ölüb
1462baxış

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4798-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 260,3 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 210,9 mindən çox xəstə isə sağalıb.