\
4 Oktyabr 2024 - Cümə

Yevlax könüllüləri bir araya gəldi

Yevlax könüllüləri bir araya gəldi
1654baxış
"Azərbaycan Respublikasında 2020-ci ilin Könüllülər ili elan edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin Sərəncamının çərçivəsində Milli Məclisin deputatı Əli Hüseynli Yevlax rayon Nərimanabad kənd könüllüləri ilə kənd ərazisindəki Şəhidlər bağında birlikdə abadlıq, yaşıllıq və yenidərqurma işində iştirak edib. Şəhidlər bağında İkinci dünya müharibəsi, 20 Yanvar, Qarabağ döyüşləri və Xocalı soyqırımını əks etdirən abidə kompleksi yaradılıb.
 
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətini əks etdirən ən uğurlu formatıdır. Könüllülük həm də vətəndaşlıq məktəbi, öz xalqına dövlətinə , milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir.
 
Nərimanabad könüllüləri öz kreativliyi, təşəbbüskarlığı innovativ düşüncə tərzi və müasir dünya görüşləri ilə qoşulduqları hər fəaliyyətə yeni nəfəs verməyi bacarırlar. Bütün görüşlər ölkəmizdə tətbiq edilmiş karantin rejimi qaydalarına tam riayət edilməklə həyata keçirilib. Həyata keçirilmiş bu kimi işlərlə Yexlax sakinləri dövlət başçısının bu təşəbbüsünü dəstəklədikərini əyani olaraq bir daha nümayiş etdirdilər.