\
4 Oktyabr 2024 - Cümə

Fələstin prezidenti ölkədə fövqəladə vəziyyət rejimini uzadıb

Fələstin prezidenti ölkədə fövqəladə vəziyyət rejimini uzadıb
1477baxış

Fələstində yeni növ koronavirusa (COVİD-19) mübarizə çərçivəsində fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, müvafiq sərəncam Fələstin prezidenti Mahmud Abbas tərəfindən imzalanıb.

Məlumata əsasən, ölkə ərazisində fövqəladə vəziyyət rejimi sentyabrın 4-dən başlayaraq daha 30 gün müddətinə uzadılıb.