\
4 Oktyabr 2024 - Cümə

Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO

Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO
2584baxış

Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə "Bir Millət, İki Dövlət" başlıqlı sənədli film hazırlayıb.

Mediapress.az  Musavat.com-a istinadən xəbər verir ki, sözügedən sənədli film haqqında Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da danışıb.

Fəxrəddin Altun Türkiyə ilə Azərbaycanın son zamanlarda ikitərəfli münasibətlərdə böyük irəliləyiş əldə etdiyini deyib: "Bir Millət, İki Dövlət"şüarının sadəcə şüar olmadığını bütün dünyaya göstəririk. Ümid edirəm birliyimiz, həmrəyliyimiz və qardaşlığımız qarşıdakı dövrlərdə daha da güclənərək davam edəcəkdir".