\
4 Oktyabr 2024 - Cümə

Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi

Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi
1700baxış
Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı Rauf Əsədov özünü yaşadığı mənzildə asaraq intihar edib.
 
O, intihar etməzdən əvvəl "Facebook" hesabında intiharı ilə bağlı paylaşım edib:
 
R.Əsədovun məlum paylaşımını təqdim edirik:
 
 
"Ağlatdığın bir qadının göz yaşlarını ya o an silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan! Elə bilməyin asandır bir anda hər şeydən imtina edib getmək?! Yox, çox çətindir! Çox!
 
 
Heç kim sənin nələr yaşadığını bilməz. Heç kim sənin nə dərdin olduğunu bilməz. Heç kim sənin içində nələr çəkdiyini bilməz! Heç kim sənin nələr ilə mübarizə apardığını bilməz. Hətta heç kim sənin necə bir insan olduğunu belə bilməz. Amma hər kəs səni tanımadan sənin haqqında artıq-əksik danışmağı çox yaxşı bilər... Həyatda bağışla deyeceyim iki insan var, Həyat yoldaşım və oğlum! Bağışlayın məni Sizə layiq ola bilmədim! Həyat yoldaşım hərzaman başımı uca etdi, bu hamı üçün pis səslənə bilər amma mən sənin kimi namuslu, sevgi dolu qadın görmədim! Sənin ayaq tozuna layiq olmayanlara dəyişdim səni bağışla məni! Üzülmə, dik dur Romana görə dik dur! Bütün dostlarıma, birazdan əlvida deyeceyim həyatda məni tanıyan hər kəsə məni asla qınamayın və pis olmayın deyirəm!
 
Sən mənim həyatımsan oğlum!
 
Olduğun yer nəfəsdir, mənə
 
Sən qolum-qanadimsan oğlum!
 
Varlığın belə yaşamağa bəsdir mənə...Bu sözləri hər gün dəyəcey qədər həyat dolu biriydim mən! Heyf, heç bir şey göründüyü kimi deyil...
 
Əlvida !"
 
 
Qeyd edək ki, faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (bakupost)
 
 
 
Nazirlik əməkdaşı bu statusu yazıb intihar etdi