\
4 Oktyabr 2024 - Cümə

Bakı, Sumqayıt və Abşeronda dərslər bu qaydada keçiriləcək

Bakı, Sumqayıt və Abşeronda dərslər bu qaydada keçiriləcək
1343baxış

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin yeni tədris ilində necə fəaliyyət göstərəcəyi məlum olub.

Mediapress.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmurullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.