\
4 Oktyabr 2024 - Cümə

Türkiyədə edam cəzası bərpa edilir?

Türkiyədə edam cəzası bərpa edilir?
1479baxış

Ölüm hökmünün bərpa edilməsi ilə bağlı müzakirə hazırda gündəmdə deyil.

Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qrup başqanı Naci Bostancı deyib.

“İnsan həyatı müzakirə mövzusu olduğunda daha çox müttəfiqlik və razılaşmalar lazım olur. Hazırda bununla bağlı müzakirə aparılmır”, - deyə partiya nümayəndəsi bildirib.

Qeyd edək ki, son günlər Türkiyədə ağır, xüsusi amansızlıqla törədilən cinayətlərin sayının artması səbəbindən cəmiyyətdə edam cəzasının bərpası edilməsi yönündə çağırışlar eşidilməkdədir.