\
4 Oktyabr 2024 - Cümə

Uşaq bağçalarının açılması ilə bağlı rəsmi qərar verildi

Uşaq bağçalarının açılması ilə bağlı rəsmi qərar verildi
1414baxış

Baş Nazir Əli əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.

Mediapress.az-ın xəbərinə görə, qərarda deyilir:

 “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitar-epidemioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
 1. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında
aşağıdakı dəyişikliklər edilsin:
 1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
 “1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət
göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın
1-dən;”;
 1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
2
 “1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən
məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın
15-dən;”.
 2. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.