\
4 Oktyabr 2024 - Cümə

“Kaspi” qəzetinin baş redaktoru işdən çıxdı

“Kaspi” qəzetinin baş redaktoru işdən çıxdı
1500baxış

Əməkdar jurnalist İlham Quliyev “Kaspi” qəzetinin baş redaktoru vəzifəsindən çıxıb.

Mediapress.az-ın məlumatına görə, bu barədə İ.Quliyev öz Facebook səhifəsində yazıb. 

“Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq”, İ.Quliyev əlavə edib.

Qeyd edək ki, qəzetin əksər əməkdaşları işdən çıxıb.

Xatırladaq ki, İ.Quliyev 2015-ci ilin fevral ayının 2-dən "Kaspi" qəzetinin baş redaktoru olub.