\
4 Oktyabr 2024 - Cümə

175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunub, 3 nəfər ölüb - Azərbaycanda

175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunub, 3 nəfər ölüb - Azərbaycanda
1344baxış
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub.
 
Qeyd edək ki, ötən gün 139 yeni yoluxma faktı qeydə alınmış, 128 nəfər müalicə olunaraq sağalmış, 1 nəfər vəfat etmişdi.