\
4 Oktyabr 2024 - Cümə

Kanadada koronavirusa yoluxanların sayı 134 mini ötdü

Kanadada koronavirusa yoluxanların sayı 134 mini ötdü
1105baxış

Kanadada COVID-19-a yoluxanların sayı artıb.

Bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 134 294-ə çatıb. Qeyd edilir ki, COVID-19 qurbanlarının sayı 9 155-ə yüksəlib.

Nazirlik bildirib ki, pandemiya ərzində Kanadada ümumilikdə 118 mindən çox pasiyent sağalıb. Qeyd edək ki, daha əvvəl Ottavada minlərlə insan koronavirusa görə məhdudlaşdırıcı tədbirlərə etiraz əlaməti olaraq aksiya keçirib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. (report)