DTX-nın həbs etdiyi rəis ev dustaqlığına çıxmaq istəyir
DTX-ın həbs etdiyi Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi ev dustaqlığına çıxmaq istəyir.
Musavat.com xəbər verir ki, Nurupaşa Abdullayev ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edib.
İşə Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.