\
3 Oktyabr 2024 - Cümə axşamı

HDP-li bələdiyyə başçısı həbs edildi

HDP-li bələdiyyə başçısı həbs edildi
1605baxış

Türkiyənin HDP partiyasından olan Qars bələdiyyə başçısı Ayhan Bilgen Ankara Baş Prokurorluğunun Kobani ilə əlaqədar istintaqı çərçivəsində nəzarətə alınıb.

Mediapress.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qars Təhlükəsizlik Müdirliyi qrupları, 2014-cü ildə Kobani ilə bağlı həyata keçirilmiş fəaliyyətlərlə əlaqədar Ankara Respublika Baş Prokurorluğunun istintaqı çərçivəsində səhər saatlarında Ayhan Bilgenin İnönü Prospektindəki evində axtarış aparıb.

Daha sonra Ayhan Bilgen zirehli polis maşınına mindirilərək İl Təhlükəsizlik Müdirliyinə aparılıb.