\
3 Oktyabr 2024 - Cümə axşamı

Ermənistanın təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

Ermənistanın təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
1538baxış

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün, ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb.

Bu barədə KİV-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

"Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik" deyə məlumatda qeyd olunub.