\
3 Oktyabr 2024 - Cümə axşamı

Hulusi Akar: "Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq!"

Hulusi Akar: "Sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq!"
1576baxış

Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Ermənistanın xain hücumlarını qınayırıq.

Bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

Hulusi Akar bildirib ki, Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir. Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.