\
3 Oktyabr 2024 - Cümə axşamı

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub
1551baxış

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına qoşulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mediapress.az-a verilən xəbərə görə, onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.

Xatırladaq ki, “ASAN xidmət”də şəhid ailələrinin 30-dan çox üzvü və 15 nəfər qazi çalışır.

Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayırıq.

Biz zəfər çalacağıq!

Qarabağ Azərbaycandır!