\
3 Oktyabr 2024 - Cümə axşamı

UNEC dekanı, dosent Tofiq Osmanov Prezidentə təşəkkür etdi - "Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik!"

UNEC dekanı, dosent Tofiq Osmanov Prezidentə təşəkkür etdi - "Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik!"
1723baxış

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dekanı,

dosent Tofiq Osmanovun Prezident İlham Əliyevə ünvanladığı

M Ü R A C İ Ə T İ

Cənab Prezident, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə sonsuz dərin təşəkkürümü bildirirəm. Bu gün isə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığınız üçün Sizə minnətdaram. Son üç gündə böyük addımlarla zəfərə doğru gedirik. Əminik ki, Azərbaycan Ordusu daha da irəli gedəcək. Çünki artıq gücümüzlə dünyaya səs salmışıq. İnşallah, Qələbə bizimdir, Qarabağ bizimdir. Allahdan Sizə səbir, dözüm, daha təmkinli olmağı diləyirəm. Bütün Azərbaycan xalqına, xüsusən də bu gün səngərdə vuruşan igidlərimizə Ulu Tanrıdan cansağlığı, möhkəm olmağı, içlərindəki Vətən sevgisinin daha da artmasını diləyirəm. Cənab Prezident, biz Sizinləyik. Hər bir vətəndaş əmindir ki, bizim zəfərə sayılı günlərimiz qalıb. Çünki bizim güclü ordumuz, qorxmaz millətimiz var.

Bizə son günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümüzü bildirirəm. İllərdir həsrətində olduğumuz torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi çox xoşbəxt edir. Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildiririk.

Hörmətli cənab Prezident.

Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik.

 

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)

dekanı, dosent Tofiq Osmanov