Azərbaycanda son sutkada 80 nəfər COVID-19-a yoluxub, 114 nəfər sağalıb, 2 nəfər vəfat edib
1560
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.